Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünya ölkələrinin nümayəndələrinə səslənib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regiondakı mövcud vəziyyət və Qarabağdakı minatəmizlənmə prosesi barədə məlumat verib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri ilə öz məqsədlərinə nail olub:
“Ermənistan və ona tabe olan qeyri-qanuni rejimi tərksilah etməyə, bütün qeyri-qanuni strukturları ləğv etməyə, qoşunlarını Azərbaycandan çıxarmağa razılıq verməyə məcbur oldu. Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın tamamilə saymazyana münasibəti və üçüncü tərəflərin adekvat addım atmamasıdır”.
“Ermənistan 30 ildən çox davam edən işğal zamanı ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək tarixi abidələrimizi və mədəni irsimizi yox edib”.
“Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.
Günahkarların məsuliyyətə cəlb olunması normallaşma və sülh prosesində ən vacib şərtlərdəndi.
Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq”.
Rusiya xarici işklər naziri Lavrov isə qeyd edib ki, İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini öz aralarında həll edəndən sonra sülhün, dinc həyatın bərqərar olmasının, etimadın möhkəmləndirilməsinin vaxtı çatıb:
“Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verəcək”.
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edib 19:52
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib. Bu barədə 23 sentyabr tarixində İnsanoid xəbər edir.
Nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənir.
Bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışıb.
Nazirin çıxışını linkdən keçid edərək izləyə billərsiniz.