TÖVSİYƏ XƏBƏRLƏR

Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək. Bu barədə 23 sentyabr tarixində Report məlumat verib.

O, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək. C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.

Qeyd edək ki, Azərbaycanın XİN başçısı ABŞ-nin Nyu-York şəhərində səfərdədir.