BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü baş tutub. Bu haqda sentyabrın 25-də XİN məlumat verib.
Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəliləməsi üçün müzakirələr aparılıb.