Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefonla danışıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyindən bildirilib.
Danışıq zamanı iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyət müzakirə edilib. Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.