TÖVSİYƏ XƏBƏRLƏR

Ceyhun Bayramov Kahramanmaraşda dağıntılar olan ərazilərə baş çəkib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib. Bu barədə 11 fevral tarixində Report məlumat verib.

Eyni zamanda Kahramanmaraşda Ceyhun Bayramovun həmkarı Mövlud Çavuşoğlu ilə mətbuat konfransı keçirəcəyi nəzərdə tutulub.

Ceyhun Bayramov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gəliblər.

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Kahramanmaraşda dağıntılar olan ərazilərə baş çəkiblər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx