TÖVSİYƏ XƏBƏRLƏR

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.  Bu barədə İnsanoid Xarici İşlər Nazirliyinə istinadən bu gün, 4 sentyabr tarixində məlumat verir.

Sentyabrın 4-də baş tutacaq səfər çərçivəsində Azərbaycan – Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramovla Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx