Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

“Charlie Hebdo”dan dəhşətli zəlzələyə biabırçı reaksiya

Fransanın satirik “Charlie Hebdo” jurnalı Türkiyədə baş verən dəhşətli zəlzələyə lağ edib. Bu barədə 7 fevral tarixində “Anadolu” Agentliyi məlumat verib.

Jurnal Türkiyədə zəlzələ nəticəsində baş verən dağıntıları əks etdirən karikatura çəkərək “Tankları göndərməyə ehtiyac belə qalmadı” şərhini verib.

Jurnal sözügedən fotonu öz rəsmi “Twitter” hesabında “Günün karikaturası” başlığı ilə paylaşıb. Paylaşım sosial şəbəkələrdə etirazlara səbəb olub.

Qeyd edək ki, Fransanın “Charlie Hebdo” jurnalı daha əvvəl də müxtəlif ölkələrin dini və milli dəyərlərini təhqir edən karikaturalar çəkib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx