Çin xarici işlər naziri Qin Gang Pekində İlon Maskla görüşüb. Bu barədə APA 30 may tarixində xəbər verib.
Nazir bildirib ki, ölkəsi bütün şirkətlərə, dünya bazarına çıxış üçün istiqamətlənmiş beynəlxalq biznes mühiti yaratmağa yönələn fəaliyyətini davamlı şəkildə təşviq etmək istəyir.
“Tesla” şirkətinin Çində ilk irimiqyaslı istehsalat fabriki 2019-cu ildə Şanxayda açılıb.
Ötən il həyata keçirilən təkmilləşdirmə işlərindən sonra müəssisə ildə 1 milyon “Model 3” və “Model Y” elektrik avtomobili istehsal etmək gücündədir.