TÖVSİYƏ XƏBƏRLƏR

Çingiz Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib

Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub ki, Çingiz Əbdül Məcid oğlu Fərzəliyev Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə təltif olunub.