Bakıda sentyabrın 11-də Çingiz Mustafayevin konserti təşkil ediləcək. Bu barədə Heydər Əliyev Mərkəzi məlumat yayıb.
Tədbir adıçəkilən mərkəzdə saat 19:30 baş tutacaq. “10 il sizinlə” şüarı altında keçiriləcək konsertə giriş pulsuzdur.
Müğənni 2019-cu ildə “Truth” mahnısı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən “Avroviziya”da iştirak edib. O, müsabiqədə 8-ci yeri tutub.