Rusiya Baş naziri Mixail Mişustin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb. Bu barədə 21 mart tarixində Apa.az xəbər verib.
Görüş Rusiya Federasiyasının Hökumət Evində təşkil olunub. Çin lideri Rusiya Prezidenti Vladimir Putini və Baş naziri ölkəsinə səfərə dəvət edib. Həmçinin hökumətlərarası mexanizmlərin işini aktivləşdirməyə çağırıb.
Qeyd edək ki, dünən Cinpin Putinlə görüşüb. Kremldə keçirilən qeyri-rəsmi danışıqlar 4,5 saat çəkib. Bu gün isə onlar rəsmi danışıqları keçirəcəklər.