COVID-19: Azərbaycanda əcnəbilər harada peyvənd oluna bilərlər

Azərbaycanda daimi yaşamaq hüququ olan əcnəbilər koronavirusa qarşı peyvənd vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə və Yeni Klinikaya müraciət edə bilərlər. Bu barədə Səhiyyə Nazirliyindən 9 avqust tarixində məlumat verilib.

Ölkədə daimi yaşamaq icazəsi olmayanlara isə peyvəndin vurulması həyata keçirilmir.

Hazırda Bakı Sağlamlıq mərkəzində Sputnik V, Yeni Klinikada isə Pfizer vaksinləri mövcuddur. Müraciət etmək istəyən əcnəbilər “E-Təbib” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Keçən həftə ərzində COVID-19-a yoluxanların sayı 7305 nəfər təşkil edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx