TÖVSİYƏ XƏBƏRLƏR

“Coca-Cola”nın Azərbaycandakı şirkəti məhkəməyə verilib

“Coca-Cola”nın Azərbaycandakı şirkəti məhkəməlik ola bilər. Bu barədə iyulun 20-də Qafqazinfo məlumat yayıb.

Məlumata görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Belə ki, şirkət rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.

Qeyd edək ki, şirkət ötən ay da gömrük qanunvericiliyini pozduğu üçün məhkəməyə verilmişdi.

Qeyd edək ki, “Coca-Cola” içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa, “Fanta”, “Sprite” və “Bonaqua” içkiləri də bu şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.

3 COMMENTS

guest
3 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
22 İyul 2022, 23:10

Hec

Anonim
Anonim
23 İyul 2022, 20:24

Qiymətləri yenə qaldırıb nəyə görə

Anonim
Anonim
26 İyul 2022, 16:44

Hər şeyimiz düzəlmişdi, qalmışdı bircə saqqal darağımız. Hər yerdə bu içkilərin zərərindən danışılır, xammalı niyə gətirilir ki?
Hanı Az-nın badamlısı, istisuyu, vayxiri?

3
0
Rəy bildirinx