Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə sentyabrın 23-də Operativ Qərargahdan məlumat verilib.
2322 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib.
COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaqdır. Bunu Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev deyib.