Avqustun 6-sı Azərbaycanda koronavirus infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.
Operativ Qərargahın məlumatına görə, 8 nəfər vəfat edib.
Deputat Musa Quliyev vaksinasiya üçün yaş həddinin aşağı salınması barədə düşünməyi təklif edib. O bildirib ki, Delta ştammı artıq uşaqlara və yeniyetmələrə də yoluxur.
“Sentyabr ayının ikinci yarısından sonra açıq havada maska rejiminə keçmək zərurəti də yarana bilər”, – deyə millət vəkili qeyd edib.
Gürcüstan artıq 12 yaşdan yuxarı şəxslərin vaksinasiya edilməsinə ÜST-ün icazə vermə qərarını gözləyir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.