Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1783 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan sentyabrın 16-da məlumat verilib.
3680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib.
İndiyədək ölkədə 467 173 nəfər COVID-19-a yoluxub, onlardan 420 025 nəfər sağalıb.
Azərbaycanda yeni növ koronavirus infeksiyasının “mü” ştammı ilə yoluxma faktı qeydə alınmayıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi sentyabrın 16-da məlumat verib. O bildirib ki, “mü” ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.