COVID-19: 3107 yeni yoluxma faktı qeydə alınıb

Avqustun 30-da ölkədə yoluxanların sayı 3107 nəfər təşkil edib. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Məlumata əsasən, 39 nəfər vəfat edib, 1770 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək Azərbaycanda ümumi yoluxanların sayı 421 mini ötüb. Aktiv xəstə sayı isə 52 613 nəfər təşkil edir.

Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVID-19 pasportu ilə olacaq. Eyni zamanda, ali təhsil müəssisələrində tələbələrin peyvəndlənməsi də tələb olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19: 3107 yeni yoluxma faktı qeydə alınıb”

Tövsiyə xəbərlər