COVID-19: 3788 nəfər yoluxub, 44 nəfər vəfat edib

Azərbaycanda 31 avqust tarixində koronavirus infeksiyasına 3788 yeni yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahın məlumatına əsasən, 3228 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min nəfər təşkil edir.

Son sutka ərzində COVID-19 əleyhinə 116 709 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 6 805 740 təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19: 3788 nəfər yoluxub, 44 nəfər vəfat edib”

Tövsiyə xəbərlər