COVID-19: 4129 nəfər yoluxub, 20 nəfər vəfat edib

Avqustun 18-də Azərbaycanda COVID-19-a 4129 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər vəfat edib.

Operativ Qərargahın məlumatına əsasən, 968 nəfər müalicə olunaraq sağalıb.

Səhiyyə Nazirliyinin mütəxəssisi qeyd edib ki, ölkədə ürək xəstəliyi səbəbindən ölümlər COVID-19-a görə artıb.

“Vaksinin yan təsirləri, COVID-19-un təsirlərindən dəfələrlə azdır. Ağır ürək çatışmazlığı olan xəstələr yüksək risk qrupuna aiddir, onlar mütləq vaksin olmalıdırlar”, – deyə kardioloq bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19: 4129 nəfər yoluxub, 20 nəfər vəfat edib”

Tövsiyə xəbərlər