Avqustun 23-də Azərbaycan Tibb Universitetinin professoru Sədrəddin Atakişizadə 3-cü doza vaksin haqda açıqlama verib.
Professor bildirib ki, yoluxmaların sayında azalmalar olmasa 3-cü dozadan başqa 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yarana bilər.
O, buna nümunə olaraq qızılca xəstəliyindən bəhs edib: “Qızılcanı keçirənlərdə həyati immunitet yaranır. Bu xəstəliyin əleyhinə vaksin vurduranların isə süni immuniteti əmələ gəlir. Onun müddəti bəzən 6 ay, bəzən 1 ilədək çəkir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi”.
Azərbaycanda son sutkada COVID-19 əleyhinə 60 191 vaksin vurulub. Ümumilikdə ölkədə tam vaksinasiya olunanların sayı 2 457 233 təşkil edir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.