Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə sentyabrın 27-də Operativ Qərargahdan məlumat verilib.
1241 nəfər sağalıb, 19 nəfər vəfat edib.
Ölkədə virusa yoluxanların 54%-i Bakının payına düşüb. Paytaxt üzrə ən yüksək yoluxma Binəqədi rayonunda (15%) qeydə alınıb.
Azərbaycanda yoluxma göstəricisi Abşeronda 13%, Aranda 12%, Gəncə-Qazaxda 7%, Şəki-Zaqatalada 4%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,5%, Naxçıvan Muxtar Respublikasında isə 0,7%-dir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.