Bugündən ictimai iaşə müəssisələrində COVID-19 pasportu tələb olunacaq

Bugündən mehmanxanalara, iri ticarət və ictimai iaşə müəssisələrinə koronavirusa qarşı peyvəndin ən azı birinci dozasını vurduran insanlar buraxılacaq. Bu barədə prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Sentyabrın 1-dən ali və orta-ixtisas təhsil müəssisələrində yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.

Eyni zamanda 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan toylarda qonaqların COVID-19 pasportu və ya immunitet sənədi olmalıdır.

Bərbərxanalarda, gözəllik salonlarında və ictimai nəqliyyatda peyvənd pasportu tələb olunmur.

Oktyabrın 1-dən etibarən yalnız peyvəndin hər iki dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugündən ictimai iaşə müəssisələrində COVID-19 pasportu tələb olunacaq”

Tövsiyə xəbərlər