COVID-19 pasportlarının yoxlanılması üçün mobil tətbiq yaradılıb

COVID-19 pasportlarının yoxlanılması məqsədilə “CheckApp” mobil tətbiqi istifadəyə verilib. Bu barədə 30 avqust tarixində Elektron Hökümətin İnkişafı Mərkəzindən məlumat verilib.

“CheckApp” mobil əlavəsi vasitəsilə ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində vətəndaşların COVID-19 pasportu yoxlanılacaq.

Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı 4 üsuldan biri ilə yoxlanıla bilər:

  1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;
  2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
  3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
  4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

“CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək olar.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19 pasportlarının yoxlanılması üçün mobil tətbiq yaradılıb”

Tövsiyə xəbərlər