COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər qoyulacaq

COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq. Bu barədə 24 avqust tarixində Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri xəbər verib.

“Əks göstəriciləri olan şəxsləri belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik. Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq”, – deyə təhsil rəsmisi bildirib. Onun sözlərinə görə, əyani tədrisi bərpa etmək üçün müəllimlərin 80-90 faizi vaksinasiyadan keçməlidir.

Bakı üzrə 35 mindən artıq təhsil işçisindən 22 686 nəfər hər iki doza vaksin vurdurub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər qoyulacaq”

Tövsiyə xəbərlər