taksi

COVID-19 pasportu olmayan taksi sürücülərini hansı cərimələr gözləyir?

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19 pasportunun olması YPX əməkdaşları tərəfindən seçmə yolu ilə yoxlanılacaq. Bu barədə Daxili İşlər Nazirliyindən sentyabrın 23-də məlumat verilib.

İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 11000 manatadək məbləğdə cərimə edilir.

Oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan COVID-19 pasportu tələb olunacaq. Həmin tarixdən etibarən 2-ci doza peyvənd olunmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19 pasportu olmayan taksi sürücülərini hansı cərimələr gözləyir?”

Tövsiyə xəbərlər