COVID-19 peyvəndinin birinci dozası öz effektini neçə gün sonra itirir?

Peyvəndlər arasındakı intervallar firmalarına görə dəyişə bilir. Bu mövzu ilə bağlı sentyabrın 11-də “Kaspi” qəzeti məqalə dərc edib.

“Pfizer BioNTech” peyvəndini ikinci dozası altı həftə sonra vurulmalıdır. İkinci dozadan yeddi gün sonra maksimum qorunma effekti verir.

“AstraZeneca” peyvəndinin ikinci dozası 28 gün sonra vurulur və ikinci dozadan 15 gün sonra qorumağa başlayır.

Ölkəmizdə ən çox istifadə olunan Çinin “SinoVac” şirkətinin istehsalı olan “CoronaVac”ın da intervalı isə 28 gündür. Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra iki ay ərzində 70 faiz qorumanı təmin etdiyi bildirilir.

İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, birinci doza 56 günə effektini itirir. “Birinci doza peyvənddən 28-30 gün sonra ikinci dozanın vurulması məsləhətdir. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar. Amma bu müddət ötərsə, o zaman ikinci doza yox, yenidən birinci doza vurulur”, – deyə infeksionist bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “COVID-19 peyvəndinin birinci dozası öz effektini neçə gün sonra itirir?”

Tövsiyə xəbərlər