Ölkədə son sutka ərzində koronavirus infeksiyasına 1099 nəfər yoluxub. Bu barədə sentyabrın 25-də Operativ Qərargahdan məlumat verilib.
Sağalanların sayı 2404 nəfər, vəfat edənlərin sayı isə 18 nəfər təşkil edib.
Son gündə 65 861 nəfər COVID-19 əleyhinə peyvənd vurdurub. Tam vaksinasiya olanlar əhalinin 35%-ni təşkil edir.