Mövsümi qriplərdə adətən burun axıntısı, boğaz ağrısı daha qabarıq olur, koronavirusda isə hərarət və əzələ ağrıları üstünlük təşkil edir. Bu barədə sentyabrın 10-da həkim-infeksionist Nigar Əliyeva Trend-ə bildirib.
O qeyd edib ki, qripdən fərqli olaraq, COVID-19-a xas xüsusiyyətlər iybilmə və dadbilmənin itməsidir.
“İstənilən halda, kliniki əlamətlər çox oxşardır. Bu səbəbdən dərhal həkimlə məsləhətləşmək lazımdır”, – deyə mütəxəssis vurğulayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.