Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu barədə 8 oktyabr tarixində Azərbaycan Cüdo Federasiyası məlumat verib.
-73 kq. çəkidə yarışan cüdoçumuz israilli cüdoçu Tohar Butbula qalib gəlib.
Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.