DÇ-2022 təsnifat mərhələsinin 4-cü turu çərçivəsində futbol üzrə Azərbaycan milli komandası 4 sentyabr tarixində səfərdə İrlandiya millisi ilə oynayacaq.
Dublinin “Aviva” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qrupda keçirilən digər oyunda Serbiya və Lüksemburq kollektivləri üz-üzə gələcək.
Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub və qrupda sonuncu yerdə qərarlaşıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.