Futbol üzrə Azərbaycan milli komandası bugün sentyabrın 1-i dünya çempionatına seçmə mərhələsinin növbəti oyununa çıxacaq. A qrupunda yer alan Azərbaycan 3-cü görüşünü səfərdə Lüksemburq yığmasına qarşı keçirəcək.
Qarşılaşma Lüksemburq stadionunda Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
Qrupda keçirilən iki oyundan sonra Azərbaycan xal yığmayıb. Lüksemburq yığması bir qələbə qazanaraq 3 xal toplayıb.
Aralarında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeydə alınıb, qalan görüşlərdə komandalar hərəyə bir qələbə qazanıblar.