Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Bakıda Azərbaycana qarşı keçiriləcək dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.
Portuqaliyalı hücumçu İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələsində sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Görüşdə 36 yaşlı oyunçu ikinci qoldan sonra formasını çıxardığı üçün xəbərdarlıq alıb.
Azərbaycan-Portuqaliya qarşılaşması sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.