Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin nəticələri açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də gecə saatlarında məlumat verib.
Abituriyentlər nəticələri “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727-yə göndərərək öyrənə bilərlər.
Şagirdlər nəticələr haqqında məlumatı DİM-in saytından da əldə edə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.