TÖVSİYƏ XƏBƏRLƏR

DİM: Sentyabrın 9-da əlavə buraxılış imtahanı keçiriləcək

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək. Bu haqda DİM sentyabrın 2-də məlumat verib.

Bu il keçirilən Azərbaycan dili imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.