Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin konstruksiyalarını oğurlayan ata və oğlu iş başında saxlanılıblar. Bu haqda yanvarın 20-də Daxili İşlər Nazirliyi Trend-ə məlumat verib.
Onların evindən dəmir yolunun ehtiyat hissələri aşkarlanıb.
Məlumata əsasən, şübhəli bilinən şəxs iki azyaşlı nəvəsini də bu işə cəlb edib.
Faktla bağlı araşdırma davam edir.