narkotik

DİN: 20 narkotacir saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 20 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən 18 avqust tarixində məlumat verilib.

Məlumata görə, ümumilikdə 24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə (18 kiloqram heroin, 5 kiloqram marixuana, 2 kiloqrama yaxın metamfetamin) qanunsuz dövriyyədən çıxarılıb.

Baş İdarə paytaxtın Nizami, Yasamal, Nəsimi, Nərimanov və Qaradağ rayonlarında, Sumqayıtda, Astarada və Lənkəranda əməliyyatlar keçirib.

Saxlanılan şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.

DİN-in veridiyi məlumatına görə, 2021-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 14928 cinayət hadisəsinin 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,7% çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: 20 narkotacir saxlanılıb”

Tövsiyə xəbərlər