Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

DİN: 9 nəfər saxlanılıb, 36 kiloqram narkotik aşkar edilib

Azərbaycanda narkotiklərin satışı ilə məşğul olan 9 nəfər saxlanılıb. Bu barədə oktyabrın 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.

Paytaxtın Qaradağ və Binəqədi rayonlarında, həmçinin ölkənin cənubunda aparılan əməliyyat nəticəsində ümumilikdə 36 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Müəyyən edilib ki, saxlanılanlar xaricdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik göndərən şəxslərlə əlaqə yaradaraq narkokuryerliyə cəlb olunublar.