DİN-dən əməliyyat: narkotik satan 14 nəfər saxlanılıb

Baş Narkotiklə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən sentyabrın 9-da məlumat verilib.

Ümumilikdə 68 kiloqrama yaxın heroin, marixuana və metamfetamin, 6600 ədəd psixotrop tərkibli həb və 510 kiloqram çəkisi olan çətənə kolları aşkar edilib.

Əməliyyatlar zamanı paytaxtın Nəsimi, Yasamal, Səbail, Xətai və Abşeron rayonlarında 7 nəfər saxlanılıb. Ölkənin cənubunda, Astara və Yardımlı rayonlarında keçirilən əməliyyat nəticəsində daha 7 nəfər həbs edilib. Həmçinin Quba rayonunda çətənə kollarının kultivasiyası ilə məşğul olan 1 nəfər saxlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN-dən əməliyyat: narkotik satan 14 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər