DİN Instagramdakı dələduzlarla bağlı məlumat yayıb

Daxili işlər Nazirliyi Instagramda yayılan dələduzluqla bağlı sentyabrın 9-da məlumat yayıb.

Qeyd olunur ki, son günlər sosial mediada, xüsusən Instagramda saxta səhifələrdən vətəndaşların hesablarına “giveaway” adlı yarışların qalibi olduqları yazılır. Hədiyyənin çatdırılması üçün insanlardan müəyyən bank hesablarına ödəniş etmək tələb olunur.

Nazirlik əhalinin diqqətinə bir daha çatdırır ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

 

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN Instagramdakı dələduzlarla bağlı məlumat yayıb”

Tövsiyə xəbərlər