DİN: ölkədə 100 kq yaxın narkotik dövriyyədən çıxarılıb

DİN-in keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində 100 kiloqrama yaxın narkotik aşkarlanaraq götürülüb. Bu haqda qurum sentyabrın 10-da məlumat verib.

Ağsu rayonunda əvvəl məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb. Onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı ümumi çəkisi 85 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilib.

Araşdırma zamanı onun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış üçün becərdiyi müəyyən edilib.

Digər əməliyyat nəticəsində Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadənin üzərindən 23 qram heroin və 2 qram metamfetamin götürülüb. Onun yaşadığı mənzilin zirzəmisindən 14 kiloqram marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİN-in məlumatına əsasən, cari ilin avqust ayında 180 kiloqram marixuana, 155 kiloqram heroin və 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: ölkədə 100 kq yaxın narkotik dövriyyədən çıxarılıb”

Tövsiyə xəbərlər