DİN: narkotiklərin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb

Sabunçu rayonunun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik satan daha 12 nəfər saxlanılıb. Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 5 ədəd patron aşkar edilib. Bu barədə DİN-dən sentyabrın 13-də məlumat verilib.

Polis əməkdaşları tərəfindən əvvəlcə narkotiklərin kultivasiyası ilə məşğul olan Ramil Əhmədov saxlanılıb. Baxış zamanı onun üzərindən və Balaxanıda yerləşən evindən 3 kiloqram 550 qram marixuana aşkar edilib. Əhmədov çətənə kollarını həm şəxsi istifadəsi, həm də satış üçün becərdiyini deyib.

Digər əməliyyatlar zamanı daha 11 nəfər saxlanılıb. Bu şəxslərdən heroin, metamfetamin, marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb.

DİN-in məlumatına əsasən, 2021-ci ilin avqust ayı ərzində 180 kiloqram marixuana, 155 kiloqram heroin və 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: narkotiklərin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər