DİN: saxta COVID-19 pasportları hazırlayan həkim tutulub

Lənkəran rayon sakini Sabiq Şərbətov vətəndaşlara saxta COVID-19 pasportları satmasına görə saxlanılıb. Bu haqda DİN sentyabrın 21-də məlumat yayıb.

Belə ki, həkim 3 nəfərdən birinci doza vaksin vurulmasının qeyd olunması üçün onlardan şəxsiyyət vəsiqələrini və hər birindən 100 manat götürüb və Mahir Əliyevə göndərib. O, sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasında çalışan digər həkimə göndərərək COVID-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin telefonuna baxış keçirilib. Nəticədə onun müxtəlif şəhər və rayon sakinlərinə Whatsapp vasitəsilə saxta COVID-19 pasportlarının şəkillərini göndərməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: saxta COVID-19 pasportları hazırlayan həkim tutulub”

Tövsiyə xəbərlər