DİN: Saxta COVID pasportu satanlarla yanaşı alanlar da cəzalandırılacaq

Sentyabrın 22-də DİN saxta COVID pasportu alanlara xəbərdarlıq edib: “Saxta COVID-19 pasportu satanlarla yanaşı, o sənədi alan və istifadə edən şəxslər də cinayət məsuliyyəti daşıyır”.

Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Bu şəxslər 2500 manatdan 5000 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: Saxta COVID pasportu satanlarla yanaşı alanlar da cəzalandırılacaq”

Tövsiyə xəbərlər