Dərslərin keçirilməsi ilə bağlı dəyişikliklər edilib

Yeni tədris ilində dərslərin təşkili ilə bağlı dəyişikliklər edilib. Bu haqda Baş nazir Əli Əsədov sentyabrın 22-də qərar imzalayıb.

Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrindəki auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70%-dən çox olmamaqla istifadə edilməlidir.

Təhsil müəssisələrinin işçilərinin azı 80%-nin COVID-19-a qarşı peyvənd və ya immunitet sertifikatının olması zəruridir. Lakin bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Bununla yanaşı, qərarda bufetlərə dair tələblər də qeyd edilib. Onlardan ən vacibləri aşağıdakılardır:

  • yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
  • stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır;
  • növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
  • təhsil alanların bufetdən qrafik üzrə istifadəsi təmin edilir.

Bugün, sentyabrın 22-də orta məktəblərin ibtidai siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Orta və yuxarı siniflərdə, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə dərslərə sentyabrın 29-da start veriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Dərslərin keçirilməsi ilə bağlı dəyişikliklər edilib”

Tövsiyə xəbərlər