Dövlət Komissiyası: Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var

“Bakı və digər şəhər və rayonlarda Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi deyib.

O qeyd edib ki, məzarların yox olmaması və üzərlərində başqa qəbir, yaxud inşaat işləri aparılmaması üçün onların vaxtilə GPS koordinatları çıxarılıb.

“Hazırda Hərbi Prokurorluq tərəfindən bu istiqamətdə işlər aparılır. İşlərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, – deyə qurumun rəsmisi bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Dövlət Komissiyası: Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var”

Tövsiyə xəbərlər