TÖVSİYƏ XƏBƏRLƏR

Dövlət Komitəsi: Azərbaycanda məişət zorakılığı elə də yüksək səviyyədə deyil

Azərbaycanda məişət zorakılığı elə də yüksək səviyyədə deyil. Faktlar var, lakin bunun da qarşısını almaq olar. Bunu yanvarın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini deyib.

O qeyd edib ki, komitədə əksər vaxt zorakılığa məruz qalanlarla işləyirlər: “Amma məişət zorakılığını törədən insanlarla məşğul olub, onların psixoloji durumunu öyrənmək lazımdır”.

Həmçinin komitə nümayəndəsi bələdiyyələri məişət zorakılığı ilə mübarizə aparmaq üçün monitorinqlər həyata keçirməyə çağırıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin sözlərinə görə, zorakılıq halları tək Azərbaycanda deyil, bütün dünyada artıb: “Qurumlar daxilində monitorinq qruplarının yaradılması nəzərdə tutulub. Bundan başqa, biz məişət zorakılığı törədənlərin də reabilitasiyaya cəlb olunmasını təklif etmişik”.

Qeyd edək ki, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Xəsarət alanların sayı isə 24 olub.