TÖVSİYƏ XƏBƏRLƏR

Dövlət Komitəsi qadınları peşə seçərkən hüquq sahəsinə üstünlük verməyə çağırıb

Azərbaycan qadınlarını peşə seçərkən hüquq sahəsinə, xüsusilə, məhkəmələrdə insanların hüquqlarının müdafiə sahəsinə üstünlük verməyə çağırırıq. APA-nın məlumatına görə, bunu martın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, buna ciddi ehtiyac var, çünki ailədaxili problemləri olan qadınlar hüquq mühafizə orqanlarına müraciət etdikdə qadın vəkillərə üstünlük verməyə çalışırlar.

Qurumun rəsmisi əlavə edib ki, qadınların bu sahəyə daha çox cəlb olunmaları təmin edilməldir.