Dövlət sərhədini pozan şəxs 10 kq narkotik ilə saxlanılıb

İrandan Azərbaycana keçmək istəyən şəxsdən 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. Bu barədə sentyabrın 30-da Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Belə ki, sentyabrın 30-da saat 03:40 radələrində dövlət sərhədini pozan şəxs saxlanılıb. Baxış zamanı ondan 9 kiloqramdan artıq heroin, 700 qram marixuana, 300 qram metamfetamin və 1620 ədəd güclü təsirli dərman preparatları tapılıb. Narkotiklərlə yanaşı saxlanılan şəxsdən tapança, güllə darağı və 2 ədəd güllə götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Bakı sakini olması məlum olub.

DSX tərəfindən bu ay ərzində 28 kiloqram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Dövlət sərhədini pozan şəxs 10 kq narkotik ilə saxlanılıb”

Tövsiyə xəbərlər