TÖVSİYƏ XƏBƏRLƏR

Dağlıq ərazidə itkin düşən alimlər tapılıblar

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar. Bu barədə 30 avqust tarixində Report Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə istinadən məlumat verib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7:00 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saatlarında aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur”, – deyə o qeyd edib.

F. Əliyevin sözlərinə görə, həmin şəxslər bu bölgəyə Quba ərazisindən daxil olublar.

Eyni zamanda itkin düşənlərdən biri Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun köməksiz vəziyyətdə qalması barədə məlumat yayılmışdı.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx