Bu gün daha 200-dək şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib. Bu barədə 18 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, cari ildə artıq 2500-dən çox işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib. Aktivlər əvvəlcə təşkil olunmuş kursları uğurla bitirən şəxslərə təqdim edilir.